Parisdə baş verən partlayışda 50 nəfərə yaxın xəsarət alıb

21:39 - 12 Yanvar 2019 - DÜNYA

Parisdə qaz sızması nəticəsində baş verən partlayışda 50 nəfərə yaxın xəsarət alıb.

Bunu daxili işlər naziri Kristof Kastaner deyib. Daha əvvəl prefektura 2 nəfərin həlak olduğunu bildirmişdi.

Bu saata olan məlumata əsasən, iki nəfər ölüb. 10 nəfər, həmçinin 1 nəfər yanğınsöndürən ağır vəziyyətdədir. 37 nəfər orta ağır vəziyyətdədir. Bunu Kastaner “Twitter” sosial şəbəkəsində yazıb.

Daxili işlər naziri həm də partlayış qurbanlarının ailələrinə dəstək göstərib.trend

Xəbər xətti