Kürdəmirdə içərisi daş dolu yük maşını aşıb - FOTO

 Kürdəmir rayonunda yol qəzası baş verib. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Kəlbəcər rayon sakini, 1984-cü il təvəllüdlü Tərxan Vahid oğlu Məmmədovun idarə etdiyi "KamAZ" markalı yük maşını idarəetməni itirərək aşıb. Nəticədə yük maşınındakı mişar daşları asfalta dağılıb və yol qısa müddətdə birtərəfli qaydada bağlanıb. Hərəkət yalnız xüsusi texnikanın köməkliyi ilə bərpa olunub.
Hadisə nəticəsində sürücü xəsarət alıb və ona lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
9 Yanvar 2019 [16:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin