"Qarabağ"ın oyunçusu mükafatlandırıldı

18:13 - 6 Yanvar 2019 - İDMAN

"Qarabağ"ın haitili yarımmüdafiəçisi Donald Gerye ölkəsində mükafatlandırılıb.

Qol.az-ın "haititempo.com" saytına istinadən yaydığı xəbərə görə, 30 yaşlı futbolçu Haitini ölkə xaricində layiqli təmsil etdiyi üçün Gənclər, İdman və Vətəndaş Hərəkatı Nazirliyinin təsis etdiyi xüsusi mükafata layiq görülüb. Onunla yanaşı, Mateo Filipp Koulz və Redondo El Prinsip Riçard adlı idmançılar da fəxri diplom alıblar.

Qeyd edək ki, 2017-ci ilin yayından "Qarabağ"da çıxış edən Gerye ötən ilin ən yaxşı əcnəbi futbolçusu seçilib.

Xəbər xətti