Bakı sakini metroda öldü

17:23 - 25 Dekabr 2018 - HADİSƏ

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə metronun "28 May" stansiyasında qeydə alınıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə hadisəni təsdiqləyib:
"Hadisə bu gün saat 16:25 radələrində metronun "28 May" stansiyasında baş verib. Bakı şəhər sakini 1940-cı il təvəllüdlü Nazim Əhmədov stansiyanın platformasında öz əcəli ilə dünyasını dəyişib".

Xəbər xətti