Klopp yenə diqqət mərkəzində- bu dəfə mahnı oxudu - Video

18:35 - 25 Dekabr 2018 - İDMAN

Etdiyi zarafatlar və səsləndirdiyi maraqlı fikirlərlə futbol ictimaiyyətinin rəğbətini qazanan "Liverpul"un baş məşqçisi Yurgen Klopp növbəti dəfə diqqət mərkəzinə düşməyi bacarıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə Premyer Liqasının 19-cu turunun "Nyukasl"la oyunuöncəsi mətbuat konfransına yüksək əhval-ruhiyyədə gələn alman mütəxəssis klubun mətbuat katibinin doğum günü münasibətilə media nümayəndələrinin qarşısında "Happy birthday to you" (Doğum günün mübarək) mahnısını oxuyub. Klopp səbəbkara ürək sözlərini çatdırmağı da unutmayıb:

"Neçə yaşın var? 39? Gələn il daha böyük olacaqsan".

Qeyd edək ki, "Liverpul" - "Nyukasl" oyunu sabah keçiriləcək.

Xəbər xətti