Ermənistan ordusunun baş leytenantı həmkarını güllələyib

15:09 - 18 Dekabr 2018 - Xəbər

Hadisə ilə bağlı cinayət işi başlayıb

Ermənistan silahlı qüvvələrinin baş leytenantı Q.M. tabel avtomat silahından açdığı atəş nəticəsində müqavilə əsasında xidmət edən Armen Arutyunyanı güllələyərək yaralayıb. “Report” “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, baş leytenant ehtiyatsızlıq səbəbindən A.Arutyunyanı yaralayıb.

Hadisə ilə bağlı cinayət işi başlayıb.

Xəbər xətti