“Bakcell”in daha bir satış mərkəzi fəaliyyətə başladı

13:50 - 18 Dekabr 2018 - Xəbər

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi “Bakcell” şirkəti Bakı şəhərində növbəti Satış Mərkəzi abunəçilərinin istifadəsinə verdi. 

Şirkətin icraçı direktoru Nikolai Beckers ilk öncə hər kəsi salamladı və insanları mağazada görməyindən məmnunluq duyduğunu bildirdi: “2018-ci il ərzində Azərbaycanın bir çox yerlərində mağazalar və xidmət mərkəzləri açmışıq. Biz sizə tamamilə yeni bir konsepsiya təqdim etmək və yeni Bakı mağaza konsepsiyası ilə sizi təəccübləndirmək istədik. Gördüyünüz kimi, tərtibat tamamilə yenidir, müştərilər hər şeyə özləri toxuna və istifadə edə bilərlər. Çalışacağıq ki, gələcək aylarda bütün mağazalarımızı yeniləyək”.

İcraçı direktorun sözlərinə görə, yeni konsepsiya satışlara da öz təsirini verəcək.
N.Beckers bildirdi ki, ilin sonunadək mağazaya gələn müştərilərə xüsusi təklifləri var: “Belə ki, bizdən telefon alan hər bir müştəriyə 2019-cu ilin sonuna kimi tam pulsuz və məhdudiyyətsiz zənglər, eyni zamanda internet hədiyyə olunacaq”.

Könül Oruc 


Xəbər xətti