Rəşad Sadıqovdan erməni təxribatına sərt reaksiya - Video

11:44 - 14 Dekabr 2018 - İDMAN

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş “Arsenal” – “Qarabağ” matçının sonunda ermənilər təxribata cəhd edib.

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, Artur Zakaryan adlı Şuşadan olan bir erməni azarkeş üzərində erməni terrorçu Monte Melkonyan və qondarma Dağlıq Qarabağın bayrağı ilə meydana çıxıb. Məsələyə dərhal “Qarabağ”ın kapitanı Rəşad Sadıqov reaksiya verib. O, erməni azarkeşin bu hərəkətinə etirazını əsəbi formada çatdırıb. 
Qeyd edək ki, “Arsenal” – “Qarabağ” görüşündə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti