Ermənistan XİN nümayəndəsi Azərbaycana gələcək

11:28 - 13 Dekabr 2018 - Xəbər

O, Bakıda keçiriləcək QDİƏT XİNŞ iclasında iştirak edəcək

 Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaq. "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib.
Yerevanı iclasda Xarici İşlər Nazirliyinin Çoxtərəfli və İkitərəfli İqtisadi Əməkdaşlıq Departamentinin rəisi Aşot Koçaryan təmsil edəcək.

QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası dekabrın 14-də Bakıda keçiriləcək.

Xəbər xətti