Astara-Bakı sərnişin qatarı piyadanı vurub öldürdü

13:57 - 11 Dekabr 2018 - Xəbər

Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən rayon sakini sərnişin qatarı ilə vurulub.

DİN-dən Trend-ə verilən məlumata görə, dekabrın 10-da saat 21 radələrində Astara stansiyasının ərazisində dəmiryolu xəttini keçmək istəyən Balacaşahağacı kənd sakini Tahir Qəhrəmanov Astara-Bakı sərnişin qatarı ilə vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Araşdırma aparılır.

Xəbər xətti