On bir ay ərzində Azərbaycanda 547 nəfər İİV-ə yoluxub

11:38 - 3 Dekabr 2018 - ÖLKƏ İÇİ

Bu ilin 11 ayında Azərbaycanda 547 nəfər İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxub.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, statistikaya əsasən onlardan 529-u Azərbaycan vətəndaşı, 18-i isə əcnəbilərdir. Virusa yoluxanların 356-sını kişilər, 173-nü isə qadınlar təşkil edir.
Ümumilikdə isə indiyədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyasına yoluxduğu təsdiq olunan 6 min 111 nəfər qeydiyyata alınıb. Bu barədə məlumat verən mərkəzinin direktor əvəzi Eldəniz Muradov bildirib ki, onlardan 4320-si kişi, 1791-i isə qadındır. Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) mərhələsinə keçənlərin və bu mərhələdə aşkarlananların ümumi sayı 149 nəfərə bərabərdir. Hazırda QİÇS mərhələsində olanların sayı 1601 nəfərdir:

“İndiyədək Azərbaycanda 950 nəfər İİV infeksiyası səbəbindən vəfat edib. On ay ərzində nikaha daxil olmaq istəyən 115 min 348 nəfər İİV-ə görə müayinə olunub. Onlardan 128 nəfərdə İİV-ə yoluxma faktı aşkarlanıb”.

Xəbər xətti