Xəbərdarlıq: Yağış, qar yağacaq, külək əsəcək

13:32 - 30 Noyabr 2018 - ÖLKƏ İÇİ

İstirahət günlərində yağış yağacaq, külək əsəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 01-02-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Dekabrın-02-si gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti dekabrın 02-si gündüzədək davam edəcək. Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Xəbər xətti