"Barselona"nın tanınmış futbolçusu klub almaq istəyir

İspaniya milli komandasının və "Barselona"nın futbolçusu Jerard Pike futbol klubu almaq və yeni turnir yaratmaq istəyir.  "Report" xəbər verir ki, bu barədə 31 yaşlı müdafiəçi "Mundo Deportivo"ya açıqlamasında məlumat verib. "Cosmos" investisiya şirkətinin sahibi olan təcrübəli oyunçu iki yeni layihə üzərində işlədiklərini bildirib: "Onlardan biri hansısa komandanın alınmasıdır. Digəri isə yeni futbol turnirinin yaradılması və ya mövcud olan turnirdən istifadə edilməsidir. Bu barədə çox danışa bilmərəm. Amma deyə bilərəm ki, bunlar çox yaxşı layihədir".  Qeyd edək ki, Jerard Pike 2008-ci ildən "Barselona"da çıxış edir. 
Tarix
24 Noyabr 2018 [11:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-11-24 11:01:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin