Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır

18:18 - 22 Noyabr 2018 - KİVDF

Mülki prosessual hüquqla nizama salman münasibətlər mülki prosesin bütün mərhələlərini əhatə edir. İşin məhkəmədə qaldırılması, mülki işin baxılmaq üçün hazırlanması, məhkəmə baxışı, apellyasiya icraatı, kassasiya icraatı, əlavə kassasiya icraatı və icra üzrə icraat zamanı edilən bütün prosessual hərəkətlər həmin vaxt qüvvədə olan mülki prosessual qanuna, başqa sözlə MPM-in normalarına uyğun aparılmalıdır.  Mülki Prosessual Məcəllənin 3-cü maddəsinin 1-ci bəndində bildirilir ki, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Prosessual hərəkət icra edilən zaman həmin hərəkət qüvvədən düşmüş qanunun normalan əsasında aparılmışsa, həmin prosessual hərəkətdən doğan nəticələr tanınmamalı və etibarsız sayılmalıdır. 

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün məhkəmələr (həm ümumi məhkəmələr, həm də iqtisad məhkəmələri) öz fəaliyyətlərində Mülki Prosessual Məcəlləyə və ona uyğun olaraq qəbul edilmiş başqa normativ aktları əldə rəhbər tutmalı və bütün prosessual hərəkətləri ona uyğun aparmalıdırlar. Azərbaycan Respublikasının bayrağını daşıyan və yaxud tanınma nişanı olan dəniz, çay və yaxud hava gəmiləri və ya onların olduğu limanlar Azərbaycan Respublikasmm ərazisi sayıldığı üçün 3.2-ci maddədə nəzərdə tutulanlar bu hala da şamil olunmalıdır.  Bu maddədə bildirilir ki, Azərbaycan Respublikasının ərazisində hər hansı haldan asılı olmayaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi qüvvədə olur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin milli qanunlardan üstün hüquqi qüvvəsi olduğu üçün (burada Konstitusiya və referendumla qəbul edilən qanunlar istisna təşkil edİr) orada Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin məkana görə tətbiqinin fərqli qaydaları müəyyən edilə bilər və bu halda beynəlxalq müqavilələrin nonnalan tətbiq olunmalıdır. Maddənin digər bəndlərində qeyd edilib ki, .Azərbaycan Respublikasının ərazisindən kənarda Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının bayrağını daşıyan və yaxud tanınma nişanı olan dəniz, çay və yaxud hava gəmilərində və ya onların olduğu limanlarda tətbiq olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin məkana görə tətbiqinin digər qaydaları da müəyyən oluna bilər.

 Bu qanunun 4-cü maddəsilə müdafiə üçün məhkəməyə müraciət etmək hüququ tənzimlənir. Maddəyə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Əgər qanunla müəyyən kateqoriya iqtisadi mübahisələr üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra inzibati-iqtisadi məhkəmənin həllinə verilə bilər. 

İqtisadi mübahisələr ilə bağlı iddia ərizələri, ərizələr, şikayətlər və digər sənədlər məhkəməyə yazılı formada və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş elektron sənəd formasında verilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində və bu maddədə mülki məhkəmə icraatının əsas prinsiplərindən biri ifadə edilib. Pozulmuş subyektiv hüquqlarm və qanunla qorunan mənafeyin müdafiəsi üçün məhkəməyə müraciət hüququ - mülki hüquqlarm müdafiəsinin əsas formalarından biridir. MPM-in bütün normaları məhkəmə müdafiəsinin real həyata keçirilməsinə xidmət edir. Bura iddia ərizəsinin verilməsi, iddia ərizəsinin mümkünlüyü, iddia ərizəsinin qaytarılması, iddia ərizəsinin qəbulundan imtina, qarşılıqlı iddianm verilməsi (MPM, 149-155-ci maddələr), apellyasiya şikayəti vermək hüququ (MPM, 357-ci maddə), apellyasiya şikayətinin qaytarılması (MPM, 363-cü maddə), kassasiya şikayəti vermək hüququ (402-ci maddə), kassasiya şikayətinin qaytaniması (MPM, 408- ci maddə) və s. aiddir. 

Bu məcəllənin 149-cu maddəsilə iddia ərizəsinin forması və məzmunu tənzimlənir. Bildirilir ki, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. Qeyd olunur ki, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir.

Mülki Prosessual Məcəllənin 151-ci maddəsində qeyd edilib ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Məhkəmə iddia ərizəsini, daxil olmasından 2 həftə müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Bəs, iddia ərizəsi hansı hallarda qəbul edilmir?
Bu məcəllənin 153-cü maddəsi ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina tənzimlənir. Bildirilir ki,  Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa.
Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir.  İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.

Göründüyü kimi hüquqları və ya mənafeyi pozulmuş hər bir fiziki və hüquqi şəxsin qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Lakin hər hansı bəhanə və ya şərtlə məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi müqavilənin bir bəndi kimi nəzərdə tutulmuşdursa, onda bu bənd etibarsız sayılmalı və hər bir halda maraqlı şəxsin məhkəmə müdafiəsi hüququndan istifadə imkanı olmalıdır. Məhkəmə baxışı zamanı iddiadan imtina edilməsi, iddianm etiraf edilməsi və ya barışıq sazişinin bağlanması bu qaydaya zidd deyil. Belə ki, göstərilən hallarda maraqlı şəxs məhkəmə nəzarəti altmda öz iradə ifadəsini reallaşdırır.

 

Xəbər xətti