Nazir məktəb direktorunun döyülməsinə münasibət bildirdi

15:21 - 21 Noyabr 2018 - Xəbər

“Müəllimə həmişə hörmət olub. Məktəb rəhbərinə, müəllimə bu münasibəti pisləyirik və araşdırmanın nəticəsini gözləyirik”.

Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, Bunu təhsil naziri Ceyhun Bayramov aktyor Rza Rzayevin Bakıdakı 175 saylı məktəbin direktoru Tural Mirzəliyevi döyməsi hadisəsinə münasibət bildirərkən deyib. Nazir qeyd edib ki, məsələyə düzgün hüquqi qiymət veriləcəyinə inanır.

"Azərbaycan cəmiyyətində həmişə müəllimə böyük hörmət görmüşük. Müəllimə qarşı fiziki gücün tətbiqi qəbuledilməzdir. Biz bilirik ki, hüquq-mühafizə orqanları araşdırma aparırlar. Hesab edirəm ki, bu işə düzgün hüquqi qiymət veriləcək".

Xəbər xətti