"Fitch" "AZSIĞORTA" şirkətinin "B" reytinqi ilə maliyyə sabitliyini təsdiqlədi

11:03 - 21 Noyabr 2018 - İQTİSADİYYAT

 "Fitch Ratings" nüfuzlu beynəlxalq reytinq agentliyi  "AzSığorta" (“AzInsurance”) ASC-nin "B" reytinqinə uyğun maliyyə sabitliyini təsdiqləyib.

"AzSığorta" şirkətinin Direktorlar Şurasının rəhbəri Viladi  Maniyev bildirib:""Fitch" tərəfindən təsdiq olunmuş “B” davamlıq reytinqi şirkətimizin sabitliyinə sübutdur. Əldə etdiyimiz təcrübə və gələcək üçün nəzərdə tutulmuş planları rəhbər tutaraq uzunmüddətli inkişaf strategiyamızın uğurla həyata keçirilməsini hədəf götürmüşük".
2018-ci ilin yanvar-sentyabr ayları ərzində inzibati xərclərin azaldılması və portfel keyfiyyətinin yüksəldilməsi sayəsində "AzSığorta" birləşdirilmiş zərərlik əmsalını 84%-ə qədər azaltmış, nəticədə 4,3 milyon manat məbləğində xalis mənfəət əldə etmişdir.

"AzSığorta" Azərbaycanda beynəlxalq reytinqə malik olan iki sığorta şirkətindən biridir.
Ölkənin kapitallaşmaya görə aparıcı sığorta şirkətlərinin ilk üçlüyünə daxil olan “AzSığorta” müştərilərlə etibarlı əməkdaşlıq nümayiş etdirir.  "AzSığorta" güclü bazar mövqeyinə malikdir və Azərbaycanın sığorta bazarında əmlak,  məsuliyyət və avtomobil sığortası liderlərdən biridir.

Xəbər xətti