Konqoda yük qatarı aşıb, azı 40 nəfər ölüb

10:37 - 12 Noyabr 2018 - Xəbər

Konqoda yük qatarının relsdən çıxması nəticəsində azı 40 nəfər ölüb.

“Report” “CNNTurk”ə istinadən xəbər verir ki, hadisə ölkənin şərqində yerləşən Kindu və Kamina şəhərləri arasında baş verib.   Qəza nəticəsində çoxlu sayda insan yaralanıb. Ölənlərin və yaralıların sayının çox olmasına səbəb kimi insanların qatara qanunsuz minməsi göstərilir.

Hadisənin dəqiq səbəbi araşdırılır.

Xəbər xətti