Bu günə qədər sahələrdən 194 min tona yaxın pambıq yığılıb

Azərbaycanda yeni mövsümdə sahələrdən 193 892 ton pambıq yığılıb.

Noyabrın 3-nə olan məlumata görə, sahələrdə orta məhsuldarlıq 14,6 sentner təşkil edir. Kənd Təsərrüfatı Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, yığılan pambığın 108 641 tonu MKT İstehsalat Kommersiya MMC-nin, 43 880 tonu “Azərpambıq ASK” MMC-nin 25 936 tonu “P-Agro” MMC-nin, 9960 tonu “Aqro-Az MMC” və “Goran Cotton” MMC-nin, 5474 tonu isə fərdi əkinlərin payına düşür.
Bu günədək ən çox pambıq Saatlı (25857 ton), Bərdə (20472 ton) və Ağcabədi (20 227 ton) rayonlarında yığılıb. Ümumilikdə 2018-ci ildə Azərbaycanın 22 bölgəsində pambıq əkilib. Ən yüksək məhsuldarlıq Samux (21,77 ha/s), Bərdə (21,26 ha/s), Tərtər (20,59 ha/s) və Ağcabədi (20,34 ha/s) rayonlarında qeydə alınıb. Noyabrın 3-də gündəlik yığım həcminə görə Bərdə rayonu lider olub - 351 ton. Sonrakı yerləri Beyləqan (349 ton), Saatlı (336 ton), Biləsuvar (335 ton) Ağcabədi (303 ton) rayonları tutur.

Qeyd edək ki, bu il 132 min hektardan artıq ərazidə pambıq əkilib. 2018-ci ildə sahələrdən ümumilikdə 260 min ton pambıq yığılacağı proqnozlaşdırılır.

Tarix
5 Noyabr 2018 [14:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-11-05 14:13:40
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin