Ana səhifə
17 Noyabr 2018

Bakı Uşaq Teatrında “Sevgi şimşəyi” adlı yeni tamaşanın təqdimatı olacaq

Noyabrın 7-də Bakı Uşaq Teatrında “Sevgi şimşəyi” adlı yeni tamaşanın təqdimatı olacaq.

Ucnoqta.az xəbər verir ki, böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb. 
“Sevgi şimşəyi” Q.Abbasov adına Mədəniyyət Sarayında nümayiş olunacaq. 

 

Tarix
5 Noyabr 2018 [12:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin