Qusarda 3 uşaq atası intihar edib

14:21 - 4 Noyabr 2018 - HADİSƏ

Qusar şəhərində intihar hadisəsi baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb. M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.

​Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər xətti