Sabah Türkiyədə "İslam səkkizliyi"nin iclası keçiriləcək

17:47 - 2 Noyabr 2018 - DÜNYA

Türkiyənin Antalya şəhərində “D-8” (İslam səkkizliyi) qrupunun 18-ci iclası keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat veriblər. Məlumata görə, iclas noyabrın 3-ü baş tutacaq.

İclas zamanı “İslam səkkizliyi” üzv ölkələri arasında münasibətlərin inkişafı və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, “D-8”in 17-ci iclası 2017-ci ilin oktyabrında İstanbulda keçirilmişdi. Qrupa Türkiyə, İran, Pakistan, Banqladeş, Misir, Nigeriya, İndoneziya və Malayziya daxildir.

Xəbər xətti