DÇ-2018: Eldəniz Əzizli dünya çempionu olub

21:08 - 26 Oktyabr 2018 - İDMAN

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Avropa çempionu Eldəniz Əzizli ilk mərhələdə macar rəqibini cəmi 1 dəqiqəyə məğlub edib.

Həmyerlimiz çinli rəqibini də ilk hissədə devirib. Möhtəşəm çıxışını davam etdirən Eldəniz yapon güləşçini də vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırıb. Əzizlinin qarşısını Gürcüstan pəhləvanı da kəsə bilməyib. Həmyerlimizin final görüşü oktyabrın 25-də baş tutub.

Qırğızıstan təmsilçisinə elə ilk hissədə gücünü göstərən Eldəniz dünya çempionu olub. Bu, Əzizlinin karyerasında ilk dünya çempionluğudu.

Xəbər xətti