"Real Madrid"in kapitanı komanda yoldaşını topla vurub - Video

21:42 - 22 Oktyabr 2018 - İDMAN

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramos komanda yoldaşını topla vurub. 

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, insident Çexiya "Viktoriya"sı ilə Çempionlar Liqasının III tur matçından öncə məşq zamanı baş verib. Təcrübəli müdafiəçi gənc oyunçu Serxio Regilonun oyunundan narazı olduğu üçün bu addımı atıb. O, belə davranışa məşqdən sonra da yol verib.

Qeyd edək ki, oktyabrın 23-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Xəbər xətti