Ana səhifə
15 Noyabr 2018

Nəqliyyat vasitələrinin texniki baxışı üçün nəzərdə tutulan müddət məhdudiyyəti götürülüb

Azərbaycanda daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinin və qoşqularının (yarımqoşqularının) dövlət texniki baxışı üçün nəzərdə tutulan müddət ləğv olunub. Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədovimzalayıb. İndiyədək Əsasnamədə qeyd olunub ki, respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə həyata keçirilir. Dəyişikliklə bu müddət məhdudiyyəti götürülüb. Əsasnaməyə əsasən, texniki baxış belə həyata keçirilir: Tramvaylar və trolleybuslar, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələri, Silahlı Qüvvələrin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri ildə 1 dəfə texniki baxışdan keçir. Hüquqi və fiziki şəxslərə məxsus olan (Silahlı Qüvvələrdən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşqularına görə: İstehsal olunduqları vaxtdan 4 il keçdikdə 2 ildə bir dəfə, istehsal olunduqları vaxtdan 10 il keçdikdə ildə 1 dəfə texniki baxışdan keçməlidirlər.report
Tarix
22 Oktyabr 2018 [11:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin