İtaliya Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib

23:01 - 17 Oktyabr 2018 - Xəbər

İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycana rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Respublikası Senatının sədrini Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıblar.

Xəbər xətti