Şirkət rəsmisi: "Piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır"

16:47 - 17 Oktyabr 2018 - Xəbər

"Bakının Nəsimi rayonu, Səməd Vurğun küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı bina ilə piyada səkisi arasında istinad divarları çəkilib. İstinad divarı tikinti boyunca aparılıb. Biz düşünürük ki, piyada səkisinin sürüşməsinə səbəb yağış sularıdır".

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu binanı inşa edən "Pilot İnşaat-A" MMC-nin icraçı direktoru Nuran Həsənzadə deyib.
"Yəni yağış suları borular vasitəsilə axıdılır, bu da müəyyən qədər torpağı yuyur. Düşünürük ki, sürüşmənin səbəbi budur", - şirkət rəsmisi əlavə edib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yollarının Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli yolun dayanıqlığı və geoloji işlər aparılmadan tikinti işlərinin həyata keçirildiyini bildirib.

Xəbər xətti