Məşhur repçidən qalmaqallı klip- “Melaniya Tramp”dan erotik rəqs- Video

14:24 - 17 Oktyabr 2018 - Xəbər

ABŞ-ın məşhur repçisi T.İ.nin yeni klipi qalmaqala səbəb olub.

Ucnoqta.az  “Ölkə.az”a istinadən xəbər verir ki, klipin süjet xəttinə əsasən, Donald Tramp Ağ Evdən helikopterlə ayrılır. Bunu fürsət bilən repçi Oval Ofisdəki masada əyləşir. Bu zaman onun qarşısına birinci xanım Melaniya Trampa bənzəyən bir qadın gəlir. Uzun pencək geyinən qadın erotik rəqs edir.

Video görüntü sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Ağ Ev də video çarxa reaksiya verib. Melaniya Trampın mətbuat katibi Stefani Qrişam video çarxı tənqid edib.

Xəbər xətti