Ana səhifə
20 Noyabr 2018

Azərbaycanın “Avroviziya” mahnısı - Video

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkətində “Avroviziya-2018” uşaq mahnı müsabiqəsində Azərbaycanın iştirakına dair təqdimat mərasimi keçirilib.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan noyabrın 25-də Belarusun paytaxtı Minskdə keçiriləcək və iyirmi ölkənin çıxış edəcəyi yarışda Fidan Hüseynovanın “Sənin kimi olmaq” (I wanna be like you) mahnısı ilə təmsil olunacaq.
İctimai Televiziyanın Musiqi, Bədii və Xüsusi Layihələr Departamentinin rəhbəri Leyla Quliyeva bildirib ki, mahnı Azərbaycan dilində səsləndiriləcək. Çünki Uşaq Avroviziyası qaydalarına görə, əsas sözlər yerli dildə olmalıdır. Yalnız nəqərat hissələrində ingilis dilindən istifadə ediləcək.

Qeyd edək ki, mahnıda Fidan Hüseynova öz arzularından və xəyali qəhrəmanlarından söz açır. Təmsilçimiz ifası zamanı kimliyini açıqlamadığı qəhrəmana bənzəmək üçün məqsədinə doğru necə addımlamağından danışır.

Mahnının müəllifi tanınmış bəstəkar İsa Məlikovdur. Musiqinin sözləri Azərbaycan dilində Aytən İsmixanovaya, ingilis dilində Elvira Miçiyevaya məxsusdur.

Tarix
17 Oktyabr 2018 [13:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin