"Səni axtarıram"da gərgin anlar: Xoşqədəm Hidayətqızının efirdə halı pisləşdi - Video

10:58 - 17 Oktyabr 2018 - Xəbər

Aparıcı Xoşqədəm Hidayətqızının müəllifi olduğu "Səni axtarıram" verilişində halı pisləşib.

Verilişdə gərgin müzakirələr zamanı aparıcı qəfil özünü pis hiss edib və ayaqüstə dayanmaqda çətinlik çəkib. Aparıcının ətrafında olan insanlar bunu gördükdə onu dərhal qucaqlayaraq divanda oturdublar.   Ayaqüstə durmaqda çətinlik çəkən Xoşqədəmə ətrafındakılar kömək edib. Divana oturan Xoşqədəm daha sonra verilişi çətinliklə də olsa, davam etdirib.

​Efirdən sonra sosial şəbəkədə açıqlama yayan Hidayətqızı 39 dərəcə istiliyi olduğunu və tezliyinin tez-tez qalxıb-endiyini bildirib. O, hazırda da həkim nəzarətində olduğunu qeyd edib.

Xəbər xətti