Qubada yol qəzası baş verib, ana və azyaşlı qızı xəsarət alıb

21:19 - 15 Oktyabr 2018 - HADİSƏ

Quba rayonunda yol qəzası baş verib. 

Hadisə rayonun İkinci Nügədi kəndində qeydə alınıb. Belə ki, "VAZ-2107" və KİA markalı avtomobillər toqquşub. Nəticədə rayonun Rustov kənd sakinləri - KİA-nın sürücüsü Mais Səxavət oğlu Məmmədovun həyat yoldaşı, 1989-cu il təvəllüdlü Bahar Famil qızı Məmmədova və qızı, 2011-ci il təvəllüdlü Nüşabə Mais qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.report

Xəbər xətti