Ana səhifə
17 Noyabr 2018

Müdafiə Nazirliyi: Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb

Son günlər bir sıra xarici KİV-də MDB müdafiə nazirlərinin Daşkənddə keçirilmiş 75-ci iclasında müzakirə edilən məsələlər barədə həqiqəti əks etdirməyən müxtəlif fikirlər səsləndirilir, o cümlədən guya Rusiya müdafiə nazirinın təşəbbüsü ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüş keçirilməsi iddia edilir.

Ucnoqta.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. MDB müdafiə nazirlərinin Daşkənddə keçirilən 75-ci iclasında Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında heç bir görüş olmayıb.
“Bir daha bəyan edirik ki, iddia olunduğu kimi nə bağlı qapılar arxasında, nə də ümumiyyətlə belə bir danışıqlar keçirilməyib. Bu kimi iddiaları qəti surətdə təkzib edir və bildiririk ki, yayılan xəbərlər tamamilə yalandır, həqiqətə uyğun deyil”, - Müdafiə Nazirliyindən vurğulanıb.

Tarix
15 Oktyabr 2018 [20:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin