Məhəmməd Salah künc zərbəsindən qol vurub - VİDEO

09:47 - 13 Oktyabr 2018 - İDMAN

 "Liverpul"un və Misir yığmasının futbolçusu Məhəmməd Salah növbəti dəfə qeyri-adi bacarığı ilə futbol azarkeşlərinin diqqətini cəlb edib.

Futbolçu Misir yığmasının Svazilend komandasına qarşı oyununda özünün daha bir məharəti ilə seçilib. Belə ki, matçın 45-ci dəqiqəsində hücumçu künc zərbəsindən topu rəqib komandanın qapısından keçirib. Qarşılaşma Misir yığmasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Məhəmməd Salahın adı "Qızıl top"a namizəd olan futbolçuların siyahısındadır.report

Xəbər xətti