Bakıda iki qız oğlana görə saçyolduya çıxdılar - Video

12:50 - 12 Oktyabr 2018 - HADİSƏ

Nizami küçəsində iki qızın əlbəyaxa davası polisin müdaxiləsi ilə nəticələnib. 

Ucnoqta.az Azxeber.com-a istinadən xəbər verir ki, axşam saatlarında baş verən hadisəyə ilk olaraq ətrafdakı vətəndaşlar müdaxilə edib. Amma buna baxmayaraq, qızları ayırmaq mümkün olmayıb.
Polis əməkdaşlarının hadisəyə müdaxiləsinə də məhəl qoymayan qızlar əməllərinə davam ediblər.
Nəticədə polis onların hər ikisini saxlayaraq bölməyə aparıb. Bu zaman onlar polisə də çətin anlar yaşadıblar.
Hadisə şəhidlərinin sözlərinə görə, iki qız arasındakı insident oğlana görə olub.
Həmin görüntüləri təqdim edirik:

Xəbər xətti