Sumqayıtda taxta sexi yanıb

15:58 - 9 Oktyabr 2018 - HADİSƏ

Sumqayıtda taxta sexi kimi fəaliyyət göstərən tikilidə yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 80 kv.m olan tikilinin içərisində 25 kv.m sahədə taxta tullantlıları yanıb.
Tikilinin içərisində olan 4 ədəd dəzgah yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti