Rusiyada avtomobil körpüsü belə dağıldı -VİDEO

13:18 - 9 Oktyabr 2018 - DÜNYA

Rusiyada Transsibir magistralında əsas yolda körpünün dağılmasını əks etdirən videogörüntü yayılıb.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, kadrdan körpünün dağılmasına bir neçə saniyə qalmış yük qatarının keçdiyi görünür. Körpünün üstündə isə hadisə vaxtı yük avtomobili hərəkət edirdi. Avtomobilin sürücüsü ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə bu gün səhər saatlarında Amur vilayətinin Svobodnı şəhəqində qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti