Jirinovski inauqurasiya zamanı səhnədə yıxıldı - Video

21:20 - 8 Oktyabr 2018 - Xəbər

Rusiya Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski Vladimirsk vilayətinin qubernatoru Vladimir Sipyaqinin inauqurasiya mərasimi zamanı büdrəyib və yıxılıb. 

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, Sipyaqinin andiçmə mərasimi vilayət administrasiyasının binasında keçirilib. Andiçmədən və Rusiya prezidentinin Mərkəzi federal dairə üzrə nümayəndəsi İqor Şeqolevin çıxışından sonra Jirinovski səhnəyə dəvət edilib.

Pilləkənləri qalxan zaman o, büdrəyib və yıxılıb. Jirinovski fotoqrafın köməyi ilə ayağa qalxıb. 

Xəbər xətti