Qaradağda mikroavtobus aşıb: xəsarət alanlar var

12:16 - 8 Oktyabr 2018 - HADİSƏ

Lənkəran rayonundan Bakıya gələn mikroavtobus paytaxtın Qaradağ rayonunda aşıb.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı 2-si qadın olmaqla 6 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov deyib ki, təcili tibbi yardım maşınları hadisə yerindən 6 yaralını xəstəxanaya aparır.

O qeyd edib ki, yaralılardan 4-ü kişidir: “Kişilərdən biri Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına, digər 5 nəfər isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilir”. 

Xəbər xətti