Azərbaycanın şahmat yığmaları Olimpiadada medalsız qalıb

17:17 - 5 Oktyabr 2018 - İDMAN

 Gürcüstanın Batumi şəhərindəki 43-cü Ümumdünya Şahmat Olimpiadasına yekun vurulub.

Azərbaycanın kişi və qadınlardan ibarət yığmaları sonuncu – XI turda müvafiq olaraq, Serbiya və Vyetnam komandaları ilə qarşılaşıblar. Kişilərdən ibarət kollektiv rəqibi 4:0 hesabı ilə məğlub edərək, xallarını 15-ə çatdırıb və yarışı 15-ci pillədə başa vurub. İlk 3 yerdə qərarlaşan ABŞ, Rusiya və Çin eyni – 18 xal toplayıb. Lakin əlavə əmsallara görə ABŞ Olimpiadanın qalibi olub.
Qadınlardan ibarət milli isə son oyunda heç-heçə etməklə, xalını 16-ya yüksəldib və yekunda 9-cu yeri tutub. Çin və Ukrayna 18 xal toplasa da, asiyalılar əlavə əmsallara görə birinci olub.

Ümumdünya Şahmat Olimpiadası
XI tur
Kişilər

Serbiya - Azərbaycan - 0:4
Duşan Popoviç - Teymur Rəcəbov - 0:1
Miloş Roqanoviç - Arkadi Naydiç - 0:1
Marko Neneziç - Rauf Məmmədov - 0:1
Velimir İviç - Eltac Səfərli - 0:1

Qadınlar

Vyetnam - Azərbaycan - 2:2
Vo Thi Kim Funq - Günay Məmmədzadə - 0:1
Fam Le Thao Nquen - Zeynəb Məmmədyarova - 0,5:0,5
Thi Bao Tram Hoanq - Gülnar Məmmədova - 0,5:0,5
Thi Mai Hunq Nquyen - Ülviyyə Fətəliyeva - 1:0

Xəbər xətti