Ərdoğan: “Bu hadisələr düşmənə nifrətimizi daha da artırır”

17:25 - 4 Oktyabr 2018 - DÜNYA

“Şəhidlərimizin, qazilərimizin qanını yerdə qoymayacağıq”.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Bu gün Batmanda şəhid olan 7 hərbçimizi mütləq anmalıyam. Bu hadisələr düşmənə nifrətimizi daha da artırır. Terrora qarşı mübarizəmizi güclü şəkildə davam etdirəcəyik”, - deyə o, vurğulayıb.

Qeyd edək ki, oktyabrın 4-də Batmanda Piyadaların Döyüş Maşının terrorçu PKK-nın yola düzdüyü minaya düşməsi nəticəsində 7 hərbçi şəhid olub, 2-si yaralanıb. 

Xəbər xətti