Abşeronda iki avtomobil toqquşub: xəsarət alanlar var

21:05 - 3 Oktyabr 2018 - HADİSƏ

Abşeron rayonunda yol qəzası baş verib.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması zamanı Sumqayıt şəhər sakinləri - 1962-ci il təvəllüdlü Hidayət Nəbi oğlu Nəsirov, 1977-ci il təvəllüdlü Ramin Adil oğlu Əsgərov, 1983-cü il təvəllüdlü Nurşən Bəşir oğlu Şəfiyev, 1994-cü il təvəllüdlü Qədim Mustafa oğlu Məmmədov və 1964-cü il təvəllüdlü İlqar Nail oğlu Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti