"Qarabağ" - "Arsenal" oyununa 55 min bilet satılıb

Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir

 Avropa Liqasında "Qarabağ” və İngiltərənin ”Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb. Ucnoqta.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, artıq satılan biletlərin sayı 55 minə çatıb.

Oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionu 70 minədək tamaşaçı tutumuna malikdir. Biletlərin qiymətləri 2 manat, 5 manat, 15 manat, 20 manat və 50 manatdır. Onları Qarabağ FK Fan-şop ("Park Bulvar"), iTicket kassaları, Sumqayıt şəhəri ("ASAN Xidmət"), "28 Mall" və "Gənclik Mall"dan almaq mümkündür.

Qeyd edək ki, oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.

Tarix
3 Oktyabr 2018 [09:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-10-03 09:59:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin