Bakıda “Galendwagen” sürücüsü sel aparan gənci xilas etdi– VİDEO

13:34 - 23 Sentyabr 2018 - Xəbər

Bu gün Bakıda yağan güclü leysan yağışları bəzi fəsadlar yaratmaqla yanaşı, insaların xoş əməlləri ilə də yadda qalıb.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, belə hadisələrdən biri paytaxtın mərkəzi küçələrindən birində baş verib.
Əldə etdiyimiz kadrlardan da görünür ki, güclü sel yol keçməyə çalışan gənci aparır və o təhlükə ilə üzləşir. Hadisəni görən “Mercedes Galendwagen” markalı avtomobilin sürücüsü isə dərhal ona yaxınlaşaraq, avtomobilə mindirir və həmin təhlükəli yerdən xilas edir.

Gözəl bir insanlıq nümunəsi olan bu görüntüləri təqdim edirik:

Xəbər xətti