Bakıda avtobus piyadanı vuraraq öldürüb

11:53 - 15 Sentyabr 2018 - HADİSƏ

Bakıda avtobus yolu keçən piyadanı vuraraq öldürüb.

 Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 14-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini Cəmil İsmayılov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Əlövsət Alıyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti