Bakıda təcavüzdən qurtulmaq üçün özünü binadan atan qadın DANIŞDI - VİDEO

11:12 - 14 Sentyabr 2018 - Xəbər

Bakıda əxlaqsız hərəkətlərə məruz qalan 46 yaşlı qadın özünü binadan atıb.

Ucnoqta.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsi Mirəli Seyidov küçəsində yerləşən 21 nömrəli yaşayış binasında baş verib.
Məlumata görə, həmin binada yaşayan 27 yaşlı İlkin Vəlizadə evə təmizlik işi gördürmək üçün çağırdığı Zəminə Məmmədovaya təcavüz etmək istəyib. Çıxılmaz vəziyyətdə qalan qadın canını qurtarmaq üçün özünü binanın 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən aşağı atıb.
Hadisə nəticəsində Zəminə Məmmədova ağır bədən xəsarətləri alıb. O, dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. İlkin baxış zamanı onun bel sümüyünün sındığı müəyyən edilib.

Qeyd edək ki, hadisəni törədən İlkin Vəlizadə Qaradağ Rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəbər xətti