Ronaldu jurnalisti parodiya etdi - Video

16:27 - 14 Sentyabr 2018 - Xəbər

O, reportyorun tipik davranışını təsvir edib

İtaliya "Yuventus"unun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu canlı yayımda klub televiziyasının aparıcısını parodiya edib. "Report"un "CalcioMercato"ya istinadən verdiyi məlumata görə, Ronaldu məşqə çıxdığı vaxt çəkiliş qrupunu görüb. O, müxbirin arxasında duraraq, reportyorun tipik davranışını təsvir edib. Jurnalistin özü 33 yaşlı hücumçunun hərəkətlərini görməyib. 

Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"a bu yay İspaniya "Real Madrid"indən keçib. 

Xəbər xətti