Tovuzda 21 yaşlı oğlanın qulağını kəsdilər

22:17 - 13 Sentyabr 2018 - HADİSƏ

Tovuz rayonunda dava olub.

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1997-ci il təvəllüdlü Ələsgərov Elşən Rövşən oğlu kənd ərazisində döyülüb.
Hadisə nəticəsində E.Ələsgərovun sağ qulağının arxa hissəsi kəsilib.

Yaralı xəstəxanaya gətirilib və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti