Ana səhifə
25 Sentyabr 2018

“Sumqayıt” - “Qarabağ” matçının yeri dəyişdirilib

 Azərbaycan Premyer Liqasının IV turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyununun yeri dəyişdirilib.

Ucnoqta.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, dəyişiklik “Qarabağ”ın Peşəkar Futbol Liqasına müraciəti əsasında reallaşıb. Avropa Liqasının qrup mərhələsində “Sportinq”ə qarşı matça daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la matçın təbi örtüklü “Azersun Arena”da keçirilməsini xahiş edib.

“Qarabağ”ın rəsmi müraciətini və “Sumqayıt”ın razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası “Sumqayıt” – “Qarabağ” oyunun 14 sentyabr 2018-ci il saat 20:00-da “Azersun Arena”da keçirilməsinə qərar verib. Bu qarşılaşmada meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə dördüncü dövrənin oyununda “Sumqayıt” təsdiq edilib.

Tarix
12 Sentyabr 2018 [19:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin