Şamaxıda ər arvadını güllələdi

20:41 - 11 Sentyabr 2018 - HADİSƏ

Şamaxı rayonunun Çarhan kəndində silahlı insident baş verib.

Ucnoqta.az Modernaz-a istinadən xəbər verir ki, kənd sakini Gültəkin Daşdiyeva bir neçə saat əvvəl güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

Qadının yaxınları bildiriblər ki, Gültəkinə onun həyat yoldaşı Zaur Daşdiyev atəş açıb.

G.Daşdiyevanın vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti