Rusiyada dəhşətli yol qəzası: Ana və iki azyaşlı uşağını avtomobil vurdu- Video

15:09 - 7 Sentyabr 2018 - HADİSƏ

Rusiyada dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Rusiyada dəhşətli yol qəzası hadisəsi yolda hərəkət edən digər avtomobilin avtoregistratoruna düşüb. Belə ki, Karaçayevo-Çerkessiya istintaq təcridxanasının əməkdaşının idarə etdiyi avtomobil yüksək sürətlə piyada keçidindən keçmək istəyən ana və iki azyaşlı uşağını (6 və 4 yaşlı) vurub.

Ucnoqta.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sürücünün qanında spirtli içki və narkotik aşkar edilməyib. Avtomobil də texniki cəhətdən saz vəziyyətdə olub. Ana və uşaqları ağır xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Hadisəni törədən şəxs evə çox tələsdiyindən vaxtında əyləci sıxa bilmədiyini və idarəetməni itirdiyini deyib.

Faktla bağlı cinayət işi aparılır.

Xəbər xətti