Goranboyda maraqlı toy karvanı: gəlin maşınını traktorlar müşayət etdi- Video

23:15 - 3 Sentyabr 2018 - Xəbər

Goranboyda toyu olan bəyin dostları ona sürpriz ediblər. Bəzədilən maşınlar gəlini gətirmək üçün yola düşən kimi kənardan şarlarla bəzədilmiş traktorlar toy karvanına qoşulub.

Rəngli şarlar, qırmızı lentlər bağlanan traktorlar bu dəfə təsərrüfat işləri görməyə deyil, gəlin karvanına qoşuldular. Mexaniztorlar həmkarları olan bəyi təccübləndirmək üçün belə addım atıblar. 5 traktor gəlin evinə gedən karvana qoşularaq maraqlı görüntülər yaradıb.

Maraqlı toy karvanı Goranboyun Xanqərvənd kəndində olub. Kənd sakini Tural Həsənov 7 ildən artıqdır mexanizatordu. Bunu nəzərə alan dostları onun şad günündə sevimli minik vasitələri ilə toya gələrək bəyə süpriz ediblər.

Toy karvanında öndə bəzədilmiş gəlin maşınını 5 traktor müşayət eliyib. Görüntülər kənd sakinlərinin də marağına səbəb olub.maraqlı anları yol kənarından telefonlara çəkənlər də olub.

Keçirilən toy məclisində maraqlı anlar bununlada yekunlaşmayıb. Tural Həsənovu dostları öz traktoruna mindirərək "Bəy tərifi" mərasiminə gətiriblər.xezerxeber

Xəbər xətti